Boşanacaqları iddia edilirdi - Müğənnidən həyat yoldaşına sevgi dolu sözlər

10.06.2019 14:52

Türkiyəli müğənni Sinan Akçıl və aktrisa Burcu Kıratlı 4 ay əvvəl Hollandiyanın paytaxtı Amsterdamda evlənmişdilər.

Bir müddətdi cütlüyün boşanma qərarı aldığı iddia olunurdu.Cütlük bu iddialara heç vaxt birbaşa cavab verməsə də, sosial mediada etdikləri paylaşımlar ilə iddiaları yalanlayırlar.

Boşanma xəbərləri çıxdıqdan sonra prezident Ərdoğanı ziyarət edən cütlük boşanma iddialarına son qoymuşdu. Ötən günlərdə də birlikdə tətil edən Burcu Kıratlı və Sinan Akçıl paylaşdıqları romantik görüntülər ilə izləyicilərdən çox sayda bəyənmə qazanmışdı.

İndi isə Sinan Akçıl həyat yoldaşı Burcu Kıratlı paylaşdığı fotoya yazdığı şərhlə gündəmə gəlib. Müğənni hovuz başında çəkilmiş fotoya "Hovuz problemi dedikləri budur. Sənin gözəlliyindən hovuz belə görünmür” sözlərini yazıb./metbuat.az

dtnrnd

© xezerxeber.az


231 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR