Cey Zi ilk milyarder repçi oldu

04.06.2019 16:54

"Forbes”jurnalı dünya şöhrətli müğənni Beyonsun əri, amerikalı Cey Zini ilk milyarder repçi elan edib.

Repçinin müxtəlif şirkətlərdən, daşınmaz əmlakdan, musiqi biznesindən, albom satışından gələn gəliri bir milyard dollara çatıb. İlk albomu1996-cı ildə işıq üzü görən Cey Zinin gəliri təkcə musiqidən deyil.

Ceyin ən böyük gəlirini "Armand de Brignac Champagne” şampan brendindən qazandığı 310 milyon dollar, müxtəlif şirkətlərə yatırdığı sərmayələrdən qazandığı 220 milyon dollar təşkil edir.

© xezerxeber.az


323 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR