Nəsrin Cavadzadə Türkiyənin ən reytinqli layihəsində

03.06.2019 18:28

Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə "Aşk təsadüfləri sevər” filminin ikinci hissəsində rol alacaq.

Rejissorluğunu Ömer Faruk Sarukun etdiyi ekran işinin ikinci hissəsinin çəkilməsinə qərar verilib. Bu dəfə baş rolları Türkiyədə yaşayan həmyerlimiz Nəsrin Cavadzadə və aktyor Yiğit Kiraz canlandıracaq.

Qeyd edək ki, "Aşk təsadüfləri sevər”romantik-dram janrında ən çox baxılan türk filmlərindən biridir. Filmin ilk hissəsində baş rolları türkiyəli aktyorlar Mehmet Günsür və Belçim Bilgin oynamışdı./publika.az

© xezerxeber.az


150 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR