Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Gülşən 50 minlik çantanın pulunu ödəmədi

26.05.2019 13:16

Dizayner Fatma Senem Erdem "Çantalarımı aldı və qaytarmadı" deyərək, müğənni Gülşəni məhkəməyə vermişdi.

XəzərXəbər Axşam.az-a istinadən bildirir ki, hakimin iddianı rədd etməsi Erdemi özündən çıxarıb.

Fatma dəyəri 50 min lirə (təxminən 13 min manat) dəyərindəki çantalarını, ya da pulunu geri istəyir. Gülşen isə dizayneri tanımadığını, ondan heç bir şey almadığını bildirib.

"Mənim şahidlərimi dinləmədilər. Evimin birinci mərtəbəsindəki gözəllik salonunun sahibi və işçiləri buna şahiddir, dinləmədiniz. Onların yanında çantaları vermişəm" deyə, Fatma hakimə etiraz edib.

© xezerxeber.az


121 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR