Zülfiyyə Xanbabayeva bunu İLK DƏFƏ ETDİ

06.04.2019 11:55

Xalq artisti Zülfiyyə Xanbabayeva ilk dəfə müğənni qardaşı və bacısı ilə şəkilini paylaşıb.

XəzərXəbər xəbər verir ki, qardaşının doğum günü olduğunu deyən müğənni bunları qeyd edib:

"Anam və atamın mənə ən böyük hədiyyəsi, qardaşım və bacım - iki doğma insan... Bu gün varlığından dünyalar qədər xoşbəxt olduğum əziz və həssas ürəkli qardaşımın 70 yaşı tamam olur.

Xoşbəxt insansan, səni əhatə edən övladların, nəvələrin, bütün ailən səni çox sevir. Allahımdan sənə möhkəm can sağlığı arzulayıram. Ad günün mübarək canım qardaşım".

Qeyd edək ki, Z.Xanbabayevanın Dəniz adlı qız övladı var.

© xezerxeber.az


390 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR