Məşhur aktyor serialdakı tərəf müqabilinə qaynar çayla dolu stəkan atdı - FOTO

29.03.2019 16:02

Son dövrlərin tanınmış aktyoru Can Yaman tərəf müqabili olan aktrisa Selen Soydere qaynar çayla dolu stəkan atıb.

Hadisə bir neçə il əvvəl "Hangimiz sevmedik” adlı serialın çəkilişlərində baş verib. Məşhur aktyorlar arasında yaşanan mübahisə zamanı Can Yaman aktrisaya stəkan ataraq onu təhqir edib. Bundan sonra aktirsa həmkarını məhkəməyə verib.

Şahidlər dindirildikdən sonra kamera görüntüləri araşdırılıb. Nəticədə, məhkəmə Yamanın günahkar olduğuna dair hökm çıxarıb. Can Yaman təhqir cinayətindən 87 günlük pul cəriməsinə məhkum edilib. Qərara görə, Yaman cəzası əvəzində cəmi 7 min 830 lirə ödəyəcək./publika.az



© xezerxeber.az


384 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR