Rihanna ərəb milyarderdən hamilədir?

28.03.2019 15:55

Dünya şöhrətli müğənni Rihannanın ərəb şeyxindən uşaq dünyaya gətirmək arzuladığı iddia edilib.

2017-ci ildə ilk dəfə ərəb milyarder Həsən Cəmil ilə görüntülənən 31 yaşlı müğənninin bu yaxınlarda onunla nişanlandığı deyilir. Məlumatı ilk dəfə "E!” kanalının aparıcısı Morqan Stuart sosial şəbəkədə yayıb.

O, Rihannanın tezliklə ana olmaq istədiyini qeyd edib. Morqan daha sonra əlavə edib ki, Rihanna hazırda hamilə olmasa da, iki il ərzində ana olacaq.

Sənətçi isə aparıcının paylaşımını bəyənərək nişan iddiaları təsdiq edib./publika.az

© xezerxeber.az


540 dəfə oxunub

XƏBƏRLƏR

21.09.2019 16:09

Ət idxalı artıb

ÇOX OXUNANLAR