Nəsrinin incəbelliyinin sirri - 7-dən sonra yemək yemir

19.03.2019 12:31

Türk mediası azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin formada qalmasının sirrini açıqlayıb.

XəzərXəbər axşam.az-a istinadən bildirir ki, yazılan məqalədə onun gündə, sadəcə, iki dəfə yemək yediyi söylənilib. Bildirilir ki, Nəsrin üçün qidalar anasının yaşadığı Datça adlı ərazidən gətirilir.

Səhəri günə iki qaynadılmış yumurta və xiyarla başlayan Cavadzadə içki olaraq isə qəhvəni seçir.

Axşam 19:00-dan sonra yemək yemədiyini deyən Nəsrin "Kənd məhsullarından istifadə edirəm, buraya zeytun yağında bişirilmiş yeməklər və dəniz məhsulları da daxildir" söyləyib.

Qeyd edək ki, Cavadzadə çəkilişlər olduğu günlər də daxil olmaqla, həftədə 5 dəfə idmana gedir.

© xezerxeber.az


370 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR