Məşhur amerikalı sənətçi İslamı qəbul etdi - Evində Türkiyənin bayrağını asacaq

19.03.2019 09:50

Maykl Cekson və Uitni Hyuston başda olmaq üzrə bir çox görkəmli sənətkarın vokalistliyini edən amerikalı artist Della Miles islamı qəbul edib.

"Hurriyet” xəbər verir ki, məşhur bir sıra konsert görüşməsi üçün İstanbula gəlib. Türkiyə və türk insanına olan heyranlığını hər fürsətdə dilə gətirən ifaçı Sultanəhməd Məscidi və arxitekturasına heyran qalıb. Tarixi abidələri ziyarət etdikdən sonra alış-veriş edən Miles evinə asmaq üçün Türk bayrağı alıb. Xoşbəxt anlarını sosial media hesablarından da bölüşən Della Miles "Eşhedü ən la ilahə illəllah və eşhedü enna Muhammeden abdühü və resulühü” yazaraq böyük bir sürpriz edib.

Ötən həftə Yeni Zellandada baş verən qırğından sonra sənətçi İstanbul səfərində bir müddətdir arzusunda olduğu qərarını həyata keçirərək müsəlman olub. Təxminən bir ildir ki, müsəlmançılıq və İslam dini haqqında çox müxtəlif araşdırmalar aparan Della fikirlərini belə ifadə edib:

"Dünyanın bir çox yerində islamofobiya bir xəstəlik kimi yayılır. Bunun ən vəhşi nümunəsini Yeni Zelandiyada gördük. Qanımız dondu. İçimiz parçalandı. Sevgisizlik və tolerantlıq çatışmazlığı indiki dövrün vəbasıdır. Bunun əksinə, İslam sevgi və tolerantlıq dinidir. Bir pişik yuxudan oyanmasın deyə paltarını kəsən Həzrəti Məhəmmədin inancını mənimsəmək məni çox xoşbəxt edir. Verdiyim qərardan dolayı son dərəcə rahatam. Allah məni həyatımın ən gözəl günlərində İslamla mükafatlandırdı"./publika.az

© xezerxeber.az


397 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR