Burnum badımcana oxşayır - Azərbaycanlı aktrisa

06.03.2019 12:55

"Hər zaman təbii gözəlliyə inanıram".

Türkiyədə yaşayan 36 yaşlı azərbaycanlı məşhur aktrisa Nəsrin Cavadzadə plastik əməliyyat keçirməsi haqda çıxan informasiyaya aydınlıq gətirib.

O, bu xəbərlərin yalan olduğunu deyib.

Nəsrin Cavadzadə hər zaman təbii gözəlliyə inanan bir qadın olduğunu qeyd edib:

"Burnumu qaldırdığımı belə dedilər. Yox vallah, hələ də burnum badımcan kimi böyükdür. Bədənimi isə hər gün etdiyim idmana borcluyam” deyib.

AzNews.az

© xezerxeber.az


414 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR