Müğənninin evinə oğru girdi - "bir dolu çanta zinət əşyası və pulu ..."

18.02.2019 12:23

Demet Akalın polislər gələnə kimi oğruya hücum edib.

Türkiyəli müğənni Demet Akalının Acarkentdəki villasına dünən erkən saatlarda qadın oğru girib.

Bir dolu çanta zinət əşyası və pulu götürüb qaçan qadını görən Demet Akalın və həyat yoldaşı Okan Kurt həmin dəqiqə mühafizə xidmətinə xəbər verərək, arxasından qaçmağa başlayıblar.

Oğru qısa müddətdə saxlanılıb.

Şok keçirən müğənni polislər gələnə kimi qadına hücum etdiyi də iddia olunur. Qonşular və mühafizə işçiləri tərəfindən Akalın sakitləşdirilib. Az müddətdən sonra qadın və cütlük polis idarəsinə aparılaraq, ifadələri alınıb.

AzNews.az

© xezerxeber.az


298 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR