Tanınmış aktyor: sevgililər gününə inanmıram…

15.02.2019 12:49

Unuda bilmədiyim bir hədiyyə almadım.

Türkiyənin məşhur aktyorları Melisa Şenolsun və Burak Deniz reklam üzü olduqları "Koto”nun Cevahir AVM mağazasında pərəstişkarları ilə bir araya gəlib.

Tədbirə qatılan ikili eynı zamanda Dünya Radio Günü ilə bağlı Koton Radioya da qonaq olub.

Medianın qarşısına çıxan ikilidən Burak Deniz "Bunlar bizim stilimizi izah edən kombinlərdir. Daha çox "jean” geyinməyi sevirəm. Modadan əlavə mənim nə hiss etdiyim önəmlidir"- deyib.

Melisa Şenolsun isə belə qeyd edib: "Son zamanlarda da daha çox dəb olan "vintage” mənim tərzimdir”.

Sevgililər günü ilə bağlı düşüncələri soruşulanda Senolsun "Hədiyyə təkcə bir gündə verilməməlidir. İnsanların ürəyindən nə vaxt keçirsə, o vaxt bir-birinə hədiyyə almalıdır"- sözlərini deyib.

Büşra Develi ilə uzun müddət davam edən münasibətlərini sonlandıran Deniz fikrini belə tamamlayıb:

"Sevgililər gününə inanmıram, demirəm, amma bu gündə unuda bilmədiyim bir hədiyyə almadım".

AzNews.az

© xezerxeber.az


369 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR