Şeyma Subaşı qızının qəyyumluğunu Acuna VERDİ

07.02.2019 14:50

Keçən ilin noyabrında gözlənilmədən boşanan Acun Ilıcalı ilə Şeymanın azyaşlı qızları Melisanın qəyyumluğu atasına veriləcək.

Acun Ilıcalı ilə Şeyma Subaşı qzıları Melisanın qəyyumluğunun atasına verilməsi üçün razılıqlı şəkildə məhkəməyə müraciət edib. Məhkəmənin qərarı ilə vəkalətnamə Acun Ilıcalıya verilib.

Məlum olub ki, bu proses Şeyma Subaşının öz razılığı ilə baş tutub. Qəyyumluğun anasına deyil, atasına verilməsinin səbəbi isə Şeyma Subaşının tez-tez səyahət etməsi ilə izah edilir./publika.az

© xezerxeber.az


322 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR