Sinem Kobal Iğdıra gedir - uşaqlara ayaqqabı paylayacaq

23.01.2019 12:45

O, kənd məktəblərində ehtiyacı olanlara yardım edəcək.

Türkiyənin tanınmış aktrisası Sinem Kobal uşaqlara yardım məqsədi ilə yenə yollara düşüb.

Aktrisa gələn ay Iğdıra gedərək uşaqlara ayaqqabı paylayacaq.

Bu günə kimi uşaqlarla bağlı çox sayda sosial yardım layihələrinə dəstək verən Sinem Kobal yenə bu məqsədlə hərəkətə başlayıb.

Aktrisa reklam üzü olduğu markanın dəstəyi ilə köməyə ehtiyac duyan uşaqlara əl uzatmaq məqsədi ilə gələn ay yola çıxacaq. Ötən illərdə bir uşaq filminə görə Anadolunu şəhər-şəhər dolaşan Sinem Kobal bu dəfə Iğdır yolçusu olub.

Aktrisa kompaniya simasıı olduğu və reklam filmlərində rol aldığı Deichmannın nümayəndələri ilə bərabər fevralın əvvəli Iğdıra gedəcək və əvvəldən müəyyən edilən kənd məktəblərində ehtiyacı olan uşaqlara ayaqqabı paylayacaq.

AzNews.az

© xezerxeber.az


447 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR