Kirayə mənzil bazarında qiymət dəyişikliyi gözlənilirmi? - Ekspertdən açıqlama

01.12.2020 15:22

Ali və orta ixtisas təhsil müəssisələrində distant təhsilin tətbiq olunması kirayə mənzil bazarında aktivliyi aşağı salıb.

Bu fikirləri Xezerxeber.az-a Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib.

Ekspert qiymətlərdə ciddi dəyişikliyinin olmadığını bildirib:

"Tədrisin nə vaxt başlayacağı məlum deyil. Aylardır kirayə mənzil bazarında durğunluq müşahidə olunur. Kirayə mənzil bazarındakı vəziyyət koronavirus xəstələyinə yoluxan xəstələrin sayının azalmasından və veriləcək qərarlardan asılı olacaq. Amma qarşıdakı aylarda kirayə mənzil bazarında qiymətlərin az da olsa, aşağı düşməsini müşahidə edə biləcəyik. Yalnız gündəlik kirayə məqsədləri üçün verilən mənzillər istisna olmaqla.

Ramil Osmanlı paytaxtın müxtəlif ərazilərindəki mənzillərin təmirli və yerləşmə mövqeyindən asılı olaraq qiymətlərin fərqli olduğunu qeyd edib:

"Paytaxtda kirayə evlərin qiyməti mənzil və fərdi yaşayış evləri üzrə müxtəlifdir. Məsələn, "Həzi Aslanov” və "Əhmədli” metro stansiyalarının yaxınlığında yerləşən iki otaqlı orta təmirli mənzillərin qiyməti minimum 300-350 manatdan başlayır. "Neftçilər” stansiyasına yaxın ərazilərdəki bir otaqlı mənzillərin qiyməti isə təqribən 200-250 manat arasında dəyişir. Məişət avadanlıqları olmayan mənzillərdə isə qiymətlər 50 manat aşağı təklif olunur”.

Ramil Osmanlı distant təhsilin ləğvindən sonra aparıcı universitetlərə yaxın ərazilərdə daha çox qiymət artımının baş verəcəyini vurğulayıb.

Sevinc Yasinqızı

© xezerxeber.az

FOTOQALERIYA






238 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR