İspan mətbuatı Azərbaycan qazının Avropaya planlaşdırılmış tədarükündən yazıb

26.11.2020 10:34

İspaniyanın EFE xəbər agentliyi, ən nüfuzlu qəzetlərindən biri olan "La Vanguardia” "Azərbaycan ilin sonunda Avropaya TAP vasitəsilə qaz tədarükünə başlayacaq” adlı məqaləsini dərc edib.

Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazovun İtaliyanın ölkədəki səfiri Augusto Massari ilə görüşündə bildirilib.

İspan nəşrləri Azərbaycanın ilin sonunda İspaniyanın ENAGÁS şirkətinin 16 faizinə sahib olduğu Cənub Qaz Dəhlizinin üç hissəsindən biri olan Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə Avropaya qaz nəqlinə başlayacağını bildirib.

Nəşrlər, TAP-ın ildə 10 milyard kubmetr təbii qaz istehsal gücünə sahib olduğunu diqqətə çatdırır, baxmayaraq ki, iki kompressor stansiyası və modifikasiya ilə boru kəmərinin ötürmə qabiliyyəti gücü iki dəfə artıraraq ildə 20 milyard kubmetrə çatdırmağa imkan verir. Layihənin dəyəri 4,5 milyard avro civarında qiymətləndirilir.

(Azərtac)


© xezerxeber.az

FOTOQALERIYA






169 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR