Bakı
18 C
USD
EUR
1.7000
2.025
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Azərbaycanda BMT-nin 75 illiyi münasibətilə poçt markası dövriyyəyə buraxılıb

26.10.2020 12:45

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərmarka” MMC tərəfindən Birləşmiş Millətlər Təşkilatının 75 illiyi münasibətilə poçt markası dövriyyəyə buraxılıb.

Nazirlikdən xezerxeber.az-a bildirilib ki, markanın üzərində 75 rəqəmi BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahı qarşısında ucaldılmış "Zorakılığa yox” adlı heykəl formasında təsvir edilib.

Belarus Respublikasının Bobruysk şəhərində 5 min tirajla çap olunan markanın müəllifi "Azərmarka”nın baş rəssamı Vüqar Əyyubovdur.

Bununla yanaşı, 200 ədəd Birinci gün zərfi də hazırlanıb.

© xezerxeber.az

FOTOQALERIYA






191 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR