Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Güzəştli mənzilləri kimlər aldı? – SİYAHI + RƏQƏMLƏR

24.09.2020 12:33

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) növbəti layihəsi – Hövsan Yaşayış Kompleksində bu ilin iyunun 30-dan iyulun 3-ü tarixlərində satılan mənzillərin sayı açıqlanıb.

Bu barədə XəzərXəbər MİDA-ya istinadən xəbər verir.

Həmin tarixlərdə "Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən "Güzəştli mənzil” sistemi vasitəsilə seçilmiş 249 mənzildən 224-nün alqı-satqısı uğurla başa çatdırılıb.


MİDA-nın yayımladığı cədvələ əsasən, satılan 224 mənzildən 4-ü şəhid ailəsinin üzvlərinə məxsusdur.

Məcburi köçkün və ona bərabər tutulanlardan 15 nəfər mənzilə sahiblənib.

Ən azı üç il dövlət qulluğunda çalışan 35 nəfər həmin mənzillərdən alıblar.

Güzəştli mənzillər alanlar içərisində təhsil işçiləri də var. Belə ki, ən azı üç il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxslərdən 12 nəfər, 15 il müəllim işləyən şəxslərdən də 12 nəfər mənzil sahibi olublar.

Mənzil sahibi olanlardan səkkiz nəfər ən azı üç il elmi vəzifədə işləyənlərdir.

İdman sahəsində xüsusi xidmətləri olan iki şəxs də mənzillərə yiyələniblər.

Hərbi qulluqçular, daxili işlər orqanlarında xidmət keçənlər də güzəştli mənzil sistemindən yararlanıblar.

Ən azı üç il hərbi xidmətdə olan, həmçinin ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulardan 75 nəfəri yeni mənzil sahibi olublar.

Ən azı üç il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olanlardan isə 38 nəfər mənzil alıb.

Qeyd edək ki, mənzilə sahib olmuş vətəndaşlardan 22-si mənzili öz vəsaiti hesabına, 202-si isə güzəştli ipoteka krediti hesabına əldə edib.

© xezerxeber.az


307 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR