Atmosferə atılan 1 milyard kubmetr təbii qaz yığılaraq əhalinin istifadəsinə yönəldilib

19.09.2020 15:55

Atmosferə atılan 1 milyard kubmetr təbii qaz yığılaraq əhalinin istifadəsinə yönəldilib.

Xezerxeber.az xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

Şirkətin prezidenti bildirib ki, SOCAR bu gün sənayedə ekoloji təhlükəsizlik üzrə dünya standartlarına cavab verən beynəlxalq şirkətlərdən biri kimi tanınır. Ekoloji fəaliyyətin əsas istiqamətləri "Ekoloji Siyasət” sənədində ətraflı əks olunub. Azərbaycanın tərəfdaş olduğu beynəlxalq konvensiyaların tələblərinə və ölkə qanunvericiliyinə uyğun olaraq şirkətin bütün fəaliyyət seqmentləri üzrə aparılan əməliyyatlar zamanı ətraf mühitin qorunması, təbii ehtiyatlardan səmərəli istifadə və yaranan ekoloji fəsadların aradan qaldırılması mütləq tələblər kimi qarşıya qoyulur. Sənəddə yeni fəaliyyət sahələrində ətraf mühitin ilkin vəziyyətinin qiymətləndirilməsi və ona neqativ təsirlərin minimuma endirilməsini təmin etmək məqsədilə "sıfır tullantı” prinsipinə əməl olunması mütləq şərt kimi müəyyənləşdirilib. SOCAR-ın idarə və müəssisələrində ekoloji təhlükəsizliyi və ekosistemə mənfi təsirlərə operativ nəzarəti təmin etmək üçün dənizdə və quru ərazilərdəki istehsal sahələrində davamlı olaraq kompleks monitorinqlər aparılır. 2019-cu il ərzində ətraf mühitin mühafizəsi üzrə 56-sı quruda, 14-ü isə dənizdə yerləşən obyektlərdə olmaqla ümumilikdə 70 belə monitorinq həyata keçirilib: "Ekoloji effektivliyin yüksəldilməsi, yanacaq sərfiyyatının minimallaşdırılması məqsədilə bir sıra texnoloji sistemlərimizdə alternativ külək və günəş qurğularından istifadəni genişləndirməyə nail olmuşuq. Boru xətləri üzərində quraşdırılmış nəzarət-ölçü cihazlarının əksəriyyəti günəş enejisi ilə işləyir. Bundan əlavə, inzibati binaların işıqlandırılması məqsədilə bir sıra müəssisələrdə külək qurğuları və günəş panellərindən istifadə olunur”.

"SOCAR 2008-ci ildən Dünya Bankının GGFR ("Global Gas Flaring Reduction”) - Qlobal Qaz Yandırılmalarının Azaldılması üzrə Tərəfdaşlıq Təşkilatının Rəhbər Komitəsinin üzvüdür. Ötən müddətdə həyata keçirilmiş layihələr əsasında il ərzində atmosferə atılan 1 milyard kubmetr qaz yığılaraq əhalinin istifadəsinə yönəldilib. Dünya Bankının Ekspert Şurası SOCAR tərəfindən hazırlanan bu layihələri 2 dəfə ali mükafata layiq görüb. Sevindirici haldır ki, neft hasilatı zamanı səmt qazı emissiyası göstəricilərinin aşağı olmasına görə Avropa İttifaqına neft ixrac edən əsas 10 ölkə arasında Azərbaycan birinci yeri tutur”, - deyə R.Abdullayev əlavə edib.

© xezerxeber.az


256 dəfə oxunub

XƏBƏRLƏR

28.10.2020 09:47

Neft yenidən ucuzlaşıb

ÇOX OXUNANLAR