"OPEC+" neft hasilatı üzrə kompensasiya planını ilin sonunadək uzadıb

18.09.2020 10:48

"OPEC+" saziş çərçivəsində öhdəliklərini sonadək yerinə yetirməyən və azaldılmış gündəlik səviyyədən çox neft hasil edən ölkələrə səmərəsiz hasilat kəsirinin kompensasiya mexanizminin 2020-ci ilin sonuna qədər uzadılması tövsiyə edilib.

Xezerxeber.az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Səudiyyə Ərəbistanının Energetika naziri Əbdül Əziz bin Salman "OPEC+" Nazirlərinin Monitorinq Komitəsinin iclasında (JMMC) deyib.

Onun sözlərinə görə, "OPEC+" iştirakçıları ilin sonunadək gündəlik hasilatı təxminən 2,4 mln. barel artıq kompensasiya etməlidir.

Beləliklə, avqust ayının yekunlarına görə, "OPEC+" sazişi çərçivəsində ölkələr öhdəliklərini 102% yerinə yetirib, yəni gündəlik 7,8 mln. barel nefti bazardan çıxarmaq mümkün olub. Lakin may və iyul aylarında sazişin şərtləri tam icra olunmayıb. Həmin dövrdə İraq, Nigeriya və digər kiçik Afrika ölkələri öhdəliklərini sonadək yerinə yetirməyib.

Xatırladaq ki, avqust ayında Azərbaycan üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 669,1 min barel olub. Bu, Azərbaycanın "OPEC+" üzrə öhdəliyini artıqlaması ilə yerinə yetirilməsi deməkdir.

© xezerxeber.az


164 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR