Azərbaycan Gürcüstanın elektrik enerjisi tələbatının 53%-ni təmin edib

15.08.2020 13:20

Bu ilin yanvar-iyul aylarında Gürcüstan Azərbaycandan 416,514 milyon kilovatt/saat həcmində elektrik enerjisi idxal edib.

Bu barədə "Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru”nun (ESCO) hesabatında bildirilib.

Hesabat dövründə qonşu ölkənin tədarük etdiyi elektrik enerjisinin ümumi həcmi 787,6 milyon kilovatt/saata bərabər olub. Bu həcmin 53%-i Azərbaycanın payına düşüb.

Bu ilin ilk yeddi ayında Gürcüstan həmçinin Azərbaycandan Türkiyəyə 101,787 milyon kilovatt/saat həcmində elektrik enerjisinin tranzitini reallaşdırıb./report

© xezerxeber.az


566 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR