Monteneqro Azərbaycan üçün sərhədləri açır

06.08.2020 18:27

Monteneqro avqustun 7-dən etibarən Azərbaycan üçün sərhədləri açacaq.

Bu barədə ölkə hökumətinin bugünkü iclasında qərar verilib.

Bir neçə gün əvvəl Monteneqro epidemioloji baxımdan təhlükəsiz ölkələrin "yaşıl siyahı”sını tərtib etmişdi. Bu siyahıya Avropa İttifaqı ölkələri ilə yanaşı, Azərbaycan, Rusiya, Ukrayna, Gürcüstan, Türkiyə və digər ölkələrin də adları salınmışdı.

Bu ölkələrin vətəndaşları avqustun 7-dən etibarən mənfi koronavirus testi barədə arayış təqdim etməklə Monteneqroya səfər edə biləcəklər./trend

© xezerxeber.az


311 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR