“Azəriqaz”: ölkə üzrə qeydiyyatda olan abonentlərin sayı 2 milyon 284 min 980-dir

10.07.2020 15:55

İyun ayı ərzində "Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 3132 yeni abonent qeydiyyata alınıb ki, bundan 2252 abonent Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, 880 abonent isə regionların payına düşür.

Birlikdən bildirilib ki, bu ilin yanvar-iyun ayları ərzində əhali sektoru üzrə 36 min 564 yeni abonent qeydiyyata alınıb. Beləliklə, iyulun 1-nə "Azəriqaz” İstehsalat Birliyində ölkə üzrə qeydiyyatda olan abonentlərin sayı 2 milyon 284 min 980-ə bərabər olub. 881 min 905 abonent Bakı şəhəri, 1 milyon 403 min 75 abonent isə regionlarda qeydiyyata alınıb.

Qeyd edək ki, qeyri-əhali sektoru üzrə 621 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadə üçün hər birinə 5000 kubmetr həcmində limit ayrılıb.

© xezerxeber.az


128 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR