Neft bahalaşacaq - PROQNOZ

08.07.2020 12:29

ABŞ "Brent” markalı xam neftin qiymətinə dair proqnozunu artırıb.

Xezerxeber.az ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) yaydığı məlumata istinadla xəbər verir ki, EIA cari ildə "Brent”in bir barrelinin orta qiymətinin 40,5 dollar olacağını nəzərdə tutur. Ötənaykı proqnoz isə 38 dollar/barrel idi.

EIA bildirib ki, ilin birinci rübündə "Brent”in orta qiyməti 50 dollar/barrel, ikinci rübdə isə 29 dollar/barrel olub. Qiymətin üçüncü rübdə 40 dollar/barrel, son rübdə isə 43 dollar/barrel olacağı gözlənilir. "Brent”in builki orta qiymətinin 40,5 dollar/barrel, gələn il isə 49,7 dollar/barrel olacağı nəzərdə tutulur.

EIA-ya görə, qiymətlə bağlı proqnozun yüksəldilməsinə bu ilin ikinci yarısında və gələn il dünyada neft ehtiyatlarının azalacağına dair gözləntilər təsir edib. Gələn il qlobal neft ehtiyatlarının azalmasının sürətlənəcəyinə dair proqnozların da qiymətə yuxarı istiqamətli təzyiq göstərəcəyi gözlənilir.

© xezerxeber.az


130 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR