Bakının bir hissəsinə içməli suyun verilməsi dayandırılıb

06.07.2020 15:33

Nəsimi rayonunun bir hissəsinə içməli suyun verilməsi dayandırılıb.

"Azərsu” ASC-dən xezerxeber.az-a bildirilib ki, Bakının Nəsimi rayonunun ərazisində magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar iyulun 6-da Nəsimi rayonunun bir hissəsinə (əsasən şəhərin mərkəzi küçələrinə) içməli suyun verilməsi müvəqqəti dayandırılıb. Gün ərzində qəzanın aradan qaldırılması və su təchizatının bərpa edilməsi planlaşdırılır.

© xezerxeber.az


152 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR