Avropada qadınlar koronavirusa görə işlərini itirirlər

03.07.2020 11:47

Avropa Birliyindəki işsizlik son 8 ayda rekord həddə çatıb və may ayında 6,7% təşkil edib.

Bu haqda məlumatı Euronews yazır.

Mənbə bildirir ki, pandemiya hər iki cinsin məşğulluğuna fərqli təsir göstərib. Qadınlar arasında işsizlik aprel ayında 6.9% -dən 7.2% -ə yüksəlib, kişilər arasında isə eyni qalıb.

Beynəlxalq Əmək Təşkilatı (BƏT) bu tendensiyanı belə izah edir:

"Pandemiyadan əziyyət çəkən sektorlarda vəzifələrdə çalışanların əksəriyyəti qadınlardır. Bu, ev xidmətləri, səhiyyə, sosial təminat sahəsidir. Beləliklə, son illərdə əldə etdiyimiz gender bərabərliyi sahəsində qazandığımızı itirmək riskindəyik” deyib BƏT baş direktoru Guy Ryder.

Proqnoza görə, bu ilin üçüncü rübündə avrozonada işsizlik səviyyəsi 10% -i keçə bilər. Məhdudlaşdırıcı tədbirlərin yüngülləşdirilməsinin başlanğıcından bəri onlarla Avropa şirkəti artıq kütləvi iş yerləri ixtisarlarını elan edib.

© xezerxeber.az


133 dəfə oxunub

XƏBƏRLƏR

13.08.2020 12:20

TAP-ın 97%-i yekunlaşıb

ÇOX OXUNANLAR