Bu məhsullar gömrük rüsumundan azad edildi

02.07.2020 16:59

Azərbaycana idxal olunan baxillər, steril və qeyri-steril əlcəklər və tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalar və respiratorların gömrük rüsumundan azad edilməsi müddəti artırılıb.

Xezerxeber.az-ın məlumatına görə, Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə” 5 mart tarixli 84 nömrəli qərarına əsasən, baxillər, steril və qeyri-steril əlcəklər və tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalar və respiratorlarınn idxalı cari ilin iyul ayının 1-dək idxal gömrük rüsumundan azad olunmuşdu.

Dəyişikliyə əsasən, bu müddət sentyabrın 1-dək uzadılıb.

© xezerxeber.az

FOTOQALERIYA






305 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR