Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Əli Məsimli: Məhkəmə yolu ilə məmurlardan aşkar edilən pullar büdcəyə getməlidir

02.06.2020 16:51

"Maliyyə və əmlak amnistiyası ilə bağlı görülən işlərin sürətləndirilməsi çox vacibdir”.

Xezerxeber.az-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Əli Məsimli deyib.

O bildirib ki, bu istiqamətdə sovet dövründə məlumatların az daxil olmasının səbəbləri aydınlaşdırılmalı və aradan qaldırılmalıdır: "Kim işdən çıxarılırsa, çoxlu pullar, milyonlar çıxır. Büdcəyə əlavə vəsaitlərin daxil olmasının yolu tapılmalıdır”.

Millət vəkili onu da əlavə edib ki, məhkəmə yolu ilə məmurlardan aşkar edilən pullar büdcəyə getməlidir: "Bu prosesin icra edilməsi büdcəyə xeyirdir”.

© xezerxeber.az


211 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR