Kristin Laqard: Avrozona iqtisadiyyatı 2020-ci ildə 8-12% azalacaq

27.05.2020 17:03

Avropa Mərkəzi Bankının rəhbəri Kristin Laqard Avrozona iqtisadiyyatının yeni növ koronavirus (COVID-19) pandemiyasından sonra bu il 8-12% azalacağını bildirib.

Bu barədə "Reuters" xəbər verir.

Daha əvvəl Avropa Mərkəzi Bankı iqtisadiyyatın 5-12% azalacağını proqnozlaşdırırdı. Lakin K. Laqardın sözlərinə görə, "yumşaq" ssenari artıq köhnəlib. O, faktiki nəticənin "orta" və "ağır" ssenarilər arasında olacağını qeyd edib.

"Eurostat"ın məlumatına görə, yanvar-mart aylarında valyuta blokunun 19 ölkəsinin ÜDM-i əvvəlki üçaylıq dövrlə müqayisədə 3,8% azalıb. Bu, 1995-ci ildə məlumatların toplanması başlanandan bəri maksimal rüblük azalmadır.

Avropa Mərkəzi Bankının baş iqtisadçısı Filip Leyn bundan öncə "El Pais" qəzetinə verdiyi müsahibədə Avrozona iqtisadiyyatının ən azı 2021-ci ilə qədər böhrandan əvvəlki səviyyəyə çatmayacağını söyləmişdi. Leynin fikrincə, Avropa Mərkəzi Bankı daim vəziyyəti izləyir və lazım olduqda bütün alətlərini tənzimləməyə hazırdır./APA-Economics

© xezerxeber.az


414 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR