Azərbaycan və Türkmənistan arasında fiber-optik xətt çəkilir

23.05.2020 13:45

Azərbaycanın "AzerTelecom” MMC rabitə operatoru ilə Türkmənistanın "Turkmentelecom” Dövlət Rabitə Şirkəti arasında videokonfrans formatında görüş keçirilib.

Görüşün əsas mövzusu Azərbaycan-Türkmənistan istiqamətində Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xətlərinin birgə tikintisi və istifadəsi üzrə layihənin icrası olub.

Qeyd edilib ki, Böyük İpək Yolunun keçdiyi ərazini əhatə edən bu layihə Türkmənbaşı və Siyəzən şəhərlərini birləşdirəcək, eləcə də Asiya ilə Avropa arasındakı telekommunikasiya körpülərinin yaxşılaşdırılması sahəsində əməkdaşlığı gücləndirəcək.

Türkmənistan tərəfi layihənin reallaşdırılması ilə bağlı təkliflərini hazırlayıb və bu təkliflər iqtisadi, texniki və digər aspektlərin razılaşdırılması üçün təqdim olunub.

İclas zamanı xüsusi diqqət telekommunikasiya sahəsinə investisiyaların cəlb edilməsinə, eləcə də fiber-optik rabitə xətlərinin birgə tikintisi, istismarı, xidmət göstərilməsi və müdafiəsi şərtlərinin müzakirə olunmasına yönəldilib./trend

© xezerxeber.az


341 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR