“Brent” neftinin qiyməti 34 dolları keçib

18.05.2020 14:36

"Brent” markalı xam neftin qiymətində artım tempi müşahidə olunur.

Xezerxeber.az xəbər verir ki, buna səbəb OPEC və müttəfiqlərinin, eləcə də karteldən kənar bəzi neft hasilatçılarının istehsala məhdudiyyətlər tətbiq etməsi, həmçinin müxtəlif ölkələrdə koronavirusla bağlı karantin rejiminin yumşaldılmasının tələbata yuxarı istiqamətli təsir göstərməsidir.

Hazırda "Brent” neftinin bir barreli Londonun ICE birjasında 34,23 dollara, "Light” markalı neftin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 31,51 dollara alıcı axtarır.

© xezerxeber.az


145 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR