Neftə tələbat misli görünməmiş həddə azalacaq - 25 ildən sonra

15.04.2020 16:05

Bu il COVID-19 pandemiyası üzündən neftə gündəlik tələbat 9,3 milyon barel, yəni indiyədək görünməmiş həddə azalacaq.

Beynəlxalq Enerji Agentliyinin (İEA) aprel hesabatına görə, bu ay neftə gündəlik tələbat 29 milyon barel, yəni 1995-ci ildən etibarən ən aşağı həddədək azalacaq: "2020-ci ilin ikinci rübündə tələbatın ötən ilin müvafiq dövrünə nisbətən 23,1 milyon barel az olacağı gözlənilir. İlin ikinci yarısında tələbat aramla bərpa olunacaq və dekabrda ötən ilin müvafiq dövrünə nisbətən cəmi 2,7 milyon barel geri qalacaq”.

Həmçinin OPEC+ formatına daxil olmayan ixracatçı ölkələrdə neft hasilatının qarşıdakı aylar ərzində 3,5 milyon barel azala biləcəyi, OPEC+ ölkələrilə birgə də hasilatın dünya boyu azalması üzündən ilin ikinci yarısında qıtlıq yarana biləcəyi də bildirilir. Bununla da neft anbarlarındakı ehtiyatların artmasına son qoyulmaqla bazar normal şərtlərə qayıda biləcək.

OPEC+ ölkələrində hasilatın azalmasına dair əməli kvota yüksək hasilatın qeydə alındığıaprel ayında 10,7 milyon barel olacaq. Digər ölkələrdən hasilat ən çox ABŞ və Kanadada azalacaq: "Qeyri-OPEC ölkələrində hasilatın məcmu azalması 2020-ci ilin dördüncü rübündə 5,2 milyon barel azala bilər. Bütövlükdə il ərzində isə illik ifadə olunaraq 2,3 milyon barel azalacaq”.

Hesabata görə 2020-ci ilin may – iyun aylarında hasilat azaldılmasının əməli kvotası Səudiyyə Ərəbistanı üçün 3,5 milyon barel, Rusiya üçün 1,9 milyon barel, Birləşmiş Ərəb Əmirlikləri üçün 1,55 milyon barel, İraq üçün 1 milyon barel olacaq.

İEA ekspertlərinə görə neftin ucuzlaşması üzündən kəşfiyyat və hasilat işlərinə yatırılan sərmayələrin həcmi cari ildə 335 milyard ABŞ dollarına, yəni son 13 ilin ən aşağı həddinədək azala bilər. Bu da 2019-cu ilə nisbətən 32 faiz azalma deməkdir. Nəticədə vəsaitlərin daha təmiz enerji növlərinə yönəldilməsi meyli üzə çıxacaq. (report)

© xezerxeber.az


131 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR