Bu gün bu şəxslər də pensiyalarını alacaqlar - SİYAHI

15.04.2020 14:54

Bu gün respublikanın bir sıra rayonları üzrə sakinlər pensiya alacaqlar.

COVID-19 pandemiyası ilə əlaqədar olaraq, bankomatlar qarşısında vətəndaş sıxlığının yaranmaması məqsədilə əmək pensiyalarının, sosial müavinət, təqaüd və kompensasiya ödənişlərinin, eləcə də, ünvanlı dövlət sosial yardımlarının (ÜDSY) ödəniş qrafikləri xüsusi karantin rejimi müddətinə uyğun olaraq dəyişdirilib.

Həmçinin, dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslərə də bu gün pensiya ödənilməsi müəyyənləşdirilib.

Xüsusi karantin rejimi müddətində müavinət, təqaüd və kompensasiya ödənişləri aprelin 20-si və 21-i tarixlərində, ünvanlı dövlət sosial yardımı (ÜDSY) ödənişi isə 28-də təmin ediləcək.

Xatırladaq ki, Bakı şəhəri üzrə ödənişlər aprelin 8-dən10-dək tamamlanıb.

Qeyd edək ki, xüsusi karantin rejimi müddətində pensiya, müavinət, təqaüd, kompensasiya, ünvanlı yardım kimi sosial ödənişləri istənilən bankomatlardan, eləcə də, "Azərpoçt”un bankomat və ya POS-terminallarından hər hansı əlavə faiz tutulmadan əldə etmək olar.

© xezerxeber.az

FOTOQALERIYA






364 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR