Norveç tezliklə “OPEC+” sazişinə qoşulmaq barədə qərar qəbul edəcək

14.04.2020 17:05

Norveçin neft və energetika naziri Tina Bru bəyan edib ki, Krallıq Hökuməti tezliklə neft hasilatı həcminin azaldılmasına dair beynəlxalq sazişə qoşulmaq barədə qərar qəbul edəcək.

AZƏRTAC Norveç KİV-nə istinadla xəbər verir ki, Qərbi Avropada ən iri neft istehsalçısı olan Krallıq "OPEC+” çərçivə razılaşması formatında neft istehsal edən digər ölkələrə qoşulmaq imkanlarını nəzərdən keçirir. Tina Brunun sözlərinə görə, yeni saziş gələn il neft bazarında sabitliyin təmin edilməsi istiqamətində mühüm əhəmiyyətə malik olacaq. O, həmçinin bildirib ki, Norveç yaxın zamanlarda hasilatda mümkün ixtisarlarla bağlı xüsusi qərar qəbul edəcək.

Qeyd edək ki, Rusiyanın, Azərbaycanın, Qazaxıstanın, həmçinin OPEC-ə üzv olan bir sıra digər dövlətlərin daxil olduğu "OPEC+” formatı çərçivəsindəki saziş dünya bazarlarında qiymətləri sabitləşdirmək üçün hasilatı azaltmağı nəzərdə tutur. Norveç, öz növbəsində, bu sazişə dəstək olaraq hasilatın hələlik birtərəfli qaydada azaldılması imkanlarını nəzərdən keçirir.

© xezerxeber.az


164 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR