Azərbaycanda neft hasilatı öhdəliklərinin icrası müzakirə olunub

14.04.2020 14:37

Neft bazarının tənzimlənməsi çərçivəsində Azərbaycanın üzərinə götürdüyü öhdəliklərin icrası ilə bağlı məsələ ölkədə neft istehsalı ilə məşğul olan şirkətlərlə müzakirə edilib.

Energetika Nazirliyindən bildirilib ki, neft bazarında balansın təmin edilməsi ilə bağlı tədbirlərə şirkətlər tərəfindən də dəstək ifadə olunub.

Azərbaycanın öhdəlikləri gündəlik xam neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən azaldılan faiz göstəricilərinə uyğun olaraq və neft istehsalçılarının hasilat həcmləri nəzərə alınaraq bölüşdürüləcək.

Qeyd edək ki, bu dəfə OPEC və qeyri-OPEC ölkələrinin hasilatın məhdudlaşdırılması kvotalarına yalnız xam neft həcmləri daxil edilir və bu öhdəliklərdə kondensat həcmləri nəzərə alınmır. 2018-ci ilin oktyabr ayında isə Azərbaycanın gündəlik xam neft hasilatı 718 min barrel olub. Azərbaycanın öhdəlikləri may-iyun aylarında gündəlik xam neft hasilatının bu göstəricidən 23 faiz olmaqla 164 min barrel, iyul-dekabr aylarında 18 faiz olmaqla 131 min barrel, 2021-ci ilin yanvarından 2022-ci ilin aprelinədək isə 14 faiz olmaqla 98 min barrel həcmində azaldılmasını nəzərdə tutur. Öhdəliklərə uyğun olaraq Azərbaycan gündəlik neft istehsalını cari ilin may-iyun aylarında 554 min barrel, iyul-dekabr aylarında 587 min barrel, 2021-2022-ci ilin aprelində 620 min barrel həcmində saxlamalıdır.

© xezerxeber.az


136 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR