Çinin xarici ticarəti 6,4 faiz azalıb

14.04.2020 14:36

Çin Xalq Respublikasının xarici ticarəti ilin birinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 6,4 faiz azalaraq 6,57 trilyon yuana (təxminən 930 milyard ABŞ dolları) düşüb.

Çin Baş Gömrük Administrasiyasının məsələ barədə yaydığı açıqlamda xarici ticarətin azalmasının COVID-19 pandemiyası ilə bağlı olduğu bildirilir. Hesabat dövründə Çinin ixracı 11,4 faiz, idxalı isə 0,7 faiz azalıb.

Administrasiyasının statistika və təhlil departamentinin direktoru Li Kuyven mərkəzi və yerli hökumətin xarici ticarətin sabitləşdirilməsi istiqamətində, o cümlədən istehsalın bərpası ilə bağlı həyata keçirdiyi müxtəlif tədbir hesabına ilin ilk 2 ayı ilə müqayisədə martda ixrac və idxalda artımın müşahidə olunduğunu deyib.

İlin birinci rübünün nəticələrinə əsasən, Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) ölkələri Avropa İttifaqını qabaqlayaraq 140,7 milyard dollarla Çinin xarici ticarətində ilk yeri tutub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 faiz çoxdur. Avropa İttifaqı ilə ticarət 10,4, ABŞ-a isə 18,3 faiz azalıb.

Hesabat dövründə Çinin "Bir kəmər, bir yol" ölkələri ilə ticarətində 3,2 faiz artım qeydə alınıb. (AZƏRTAC)

© xezerxeber.az


154 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR