“Azərişıq”: Aprel-may aylarında elektrik enerjisi sərfiyyatı artırılmış limitlə hesablanacaq

14.04.2020 13:55

Aprel-may aylarında elektrik enerjisi sərfiyyatı artırılmış limitlə hesablanacaq.

Bu barədə "Azərişıq" ASC-nin İnformasiya texnologiyaları departamentinin direktoru Qalib Həmidov deyib.

O bildirib ki, Nazirlər Kabinetinin Qərarına əsasən, "Azərişıq" ASC-də elektrik enerjisi sərfiyyatına görə limitlər 300 kilovat/saatdan 400 kilovat/saat artırılıb. Buna səbəb əhalinin evdə qalması ilə bağlı elektrik enerjisindən istifadənin çoxalmasıdır. Artıq qanuna uyğun şəkildə sistemlər tənzimlənib.

Q.Həmidov qeyd edib ki, qərarda bildirilən 2 aylıq müddət aprel və may aylarını əhatə edir. Bu o deməkdir ki, apreldə mart ayının sərfiyyatları abonentlərə bildiriş olaraq verildiyi üçün may ayında aprelin sərfiyyatı veriləcək və həmin vaxt 400 kilovat/saat nəzərə alınacaq. Həmçinin iyun ayında mayla bağlı veriləcək bildirişlərdə də 400 kilovat/saatlıq limit üzrə hesablama aparılacaq. 400 kilovat/saatlıq limitlə bağlı artım yalnız əhali qrupu abonentlərinə şamil olunmaqdadır.

© xezerxeber.az


223 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR