Səudiyyə Ərəbistanı neft bazarında "qiymət müharibəsi"ni davam etdirir

13.04.2020 18:26

"OPEC+"ın (Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) yeni razılaşmasına baxmayaraq, Səudiyyə Ərəbistanı "Saudi Aramco" şirkəti üzrə bazar ertəsi may ayı üzrə neftə olan qiymətdə endirimlərin artıracağını elan edib.

Bunu "APA-Economics” "Vesti.Ru”ya istinadən xəbər verir.

Məlumata əsasən, endirimlər Asiya bazarına aiddir. Orada "Arab Super Light” qarışığı üçün qiymət 5,5 ABŞ dollarından aşağı səviyyədə müəyyənləşdirilib.

Şimali Avropa üçün endirim eyni səviyyədə qalacaq, lakin Cənubi Avropa ölkələri üçün endirimlər artırılacaq. Bu, bazara yönəldilən "Arab Extra Light" əsas neftqarışığı"Brent" bençmarkından 10,3 dollar, yəni əvvəlki aya nisbətən iki dəfə ucuz olacaq, məlumatda qeyd olunur.

Xatırladaq ki, 9 apreldə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin iclasında mayın 1-dən 2022-ci ilin aprelinədək gündəlik neft hasilatının üç mərhələ üzrə azaldılması barədə qərar qəbul edilib.

"Əməkdaşlıq Bəyannaməsi"nə edilmiş düzəlişlərə əsasən, Meksikanın hasilat kvotaları may-iyun aylarında 400 min barel əvəzinə 100 min barel müəyyənləşdirilib. Meksikanın öhdəliyinindigər qismini kompensasiya etmək üçün ABŞ-ınöz hasilatını əlavə olaraq 300 min barel azaltması ilə razılaşıb. Bununla da "OPEC+" üzrə gündəlik neft hasilatının mayın 1-dən 9,7 mln. barel (10 mln. barel əvəzinə), , iyulun 1-dən ilin sonuna kimi 7,7 mln. barel və 2021-ci ilin yanvarından 2022-ci ilin aprelinədək isə 5,8 mln barel həcmində azaldılması qərarının icrasına yekdilliklə razılıq verilib.

Dünya neft bazarında balansın yaradılması və neftin qiymətinin sabitləşdirilməsi məqsədilə Azərbaycan da üzərinə yeni öhdəliklər götürüb. 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barel olan Azərbaycan yeni Razılaşma çərçivəsində hasilatı həmin səviyyədən 164 min barel azaltmalı olacaq. Bu müddət ərzində (may-iyun) Azərbaycan gündəlik xam neft hasilatını 554 min barel həcmində saxlamalıdır.

© xezerxeber.az


164 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR