Rusiya ilə Səudiyyə Ərəbistanı neft hasilatının azaldılması barədə razılığa gəlib

09.04.2020 19:56

OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin videokonfrans formatında keçirilən görüşdə Rusiya və Səudiyyə Ərəbistanı neft hasilatının azaldılması barədə razılığa gəlib.

Xezerxeber.az "Reuters”ə istinadla xəbər verir ki, Rusiya ilə Səudiyyə Ərəbistanı neft istehsalının azaldılmasını nəzərdə tutan yeni sövdələşməyə razılıq verib. "OPEC+” üzrə neft hasilatının sutkada 20 milyon barrelədək məhdudlaşdırılması gözlənilir.

Qeyd edək ki, bu həcmin gündəlik 4 milyon barrelinin Səudiyyə Ərəbistanı, 2 milyon barrelədək hissəsinin Rusiya tərəfindən, qalan həcmin isə digər hasilatçılar tərəfindən qarşılanması nəzərdə tutulur.

Xatırladaq ki, icrası bu il martın 31-də başa çatan "Əməkdaşlıq Bəyannaməsi”nin uzadılması istiqamətində aparılan danışıqlar Rusiya və Səudiyyə Ərəbistanının razılığa gələ bilməməsi səbəbindən baş tutmamışdı. Koronavirus və artan tədarük fonunda isə "Brent” markalı xam neftin bir barrelinin qiyməti son 20 ilin minimumuna enərək 22 dollar olmuşdu.

© xezerxeber.az


120 dəfə oxunub

XƏBƏRLƏR

04.06.2020 18:56

Metro bağlanır

ÇOX OXUNANLAR