“OPEC+” ölkələrinin nazirlərinin videokonfransı başlayıb

09.04.2020 19:15

OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin videokonfrans formatında görüşü başlayıb.

Xezerxeber.az xəbər verir ki, görüşün müzakirə mövzusu neft bazarının sabitləşdirilməsi və qiymətdəki ucuzlaşmanın qarşısının alınması üçün mövcud tədarük həcminin azaldılmasıdır. İclasda qeyri-OPEC ölkələrinin nazirləri iştirak edir və yeni "Əməkdaşlıq Bəyannaməsi” müzakirə olunur.

Videokonfrans ərəfəsində dünya bazarında neftin qiyməti bahalaşıb. Belə ki, hazırda "Brent”in bir barreli Londonun ICE birjasında 35,22 dollara alıcı axtarır. "Light” markalı neftin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 27,05 dollara satılır.

KİV-lərə görə, Səudiyyə Ərəbistanı gündəlik neft hasilatını 4 milyon barrel azaltmağa hazırdır.

Qeyd edək ki, görüş ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə aparılan danışıqlardan sonra Səudiyyə Ərəbistanı Krallığının çağırışı ilə keçirilir.

Xatırladaq ki, "Əməkdaşlıq Bəyannaməsi”nin icrası bu il martın 31-də başa çatıb.

© xezerxeber.az


100 dəfə oxunub

XƏBƏRLƏR

04.06.2020 18:56

Metro bağlanır

ÇOX OXUNANLAR