Rusiyada üç ay ərzində 22,4 min vətəndaş müflis elan olunub

07.04.2020 14:21

2020-ci ilin yanvarından martına qədər olan dövrdə Rusiya məhkəmələri 22,4 min vətəndaşın müflis olmasını tanıyıb.

Bu barədə RBK nəşri məlumat yayıb.

Sözügedən göstərici ötənilki ilə müqayisədə, 68 faiz çoxdur. Rusiyanın regionlarında yaşayanlar daha çox müflisləşmə halı ilə üz-üzə qalıblar.

Moskvada bu cür məhkəmə qərarlarının sayı 40,5 faiz, Krasnodar, Perm, Rostov və Novosibirsk kimi əyalətlərdə isə iki dəfədən çox artıb./oxu.az

© xezerxeber.az


110 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR