G20-nin ticarət nazirləri videokonfrans keçirir

30.03.2020 15:39

"Böyük iyirmilik” (G20) ölkələrinin ticarət nazirləri bu gün videokonfrans formatında təcili toplanır.

"Nikkei”nin xəbərinə görə, bu görüş koronavirusla bağlı olacaq.

Nazirlər pandemiyadan əziyyət çəkənlər üçün tibbi avadanlıq və dərman vasitələrinin beynəlxalq tədarük zəncirlərinə dəstək vermək məqsədilə əməkdaşlığı müzakirə edəcəklər.

Martın 26-da G20 dövlət başçılarının sammitindən sonra koronavirusla bağlı pandemiyanın yaratdığı maliyyə çətinliklərini aradan qaldırmaq üçün dünya iqtisadiyyatına beş trilyon dollardan çox investisiya qoyduqları məlum olub./oxu.az

© xezerxeber.az


101 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR