Kredit ödənişləri ilə bağlı Milli Məclisdə MÜHÜM TƏKLİF: 3 ay müddətində...

30.03.2020 14:11

"Kredit ödənişlərinə 3 ay güzəşt tətbiq olunmalıdır”.

Bunu deputat Vüqar Bayramov Milli Məclisin plenar iclasında deyib.

V.Bayramov bildirib ki, bununla bağlı Mərkəzi Bank da müvafiq addımlar atmalıdır: "Dünya bankları artıq bu istiqamətdə addım atır. Düşünürəm ki, bizdə də kommersiya bankları bu addımı atmalıdır. Koronavirusla bağlı tətbiq olunan məhdudiyyətlər ödənişlərə də təsirsiz ötüşməyəcək. Hesab edirəm ki, Mərkəzi Bank da kommersiya banklarına müvafiq güzəştlər edərək likvidliyi qoruya bilər”.

Deputat gecikmələrə görə bankların əlavə faiz tətbiq etməməklə bağlı təşəbbüs göstərməsinin də vacib olduğunu deyib.

© xezerxeber.az


544 dəfə oxunub

XƏBƏRLƏR

01.06.2020 21:15

Ümid yeri - VİDEO

ÇOX OXUNANLAR