Neftin qiymətində növbəti anti-rekord qeydə alındı

30.03.2020 13:31

"WTI” markalı neftin qiyməti 2002-ci ildən bəri ilk dəfə 20 ABŞ dollarından aşağı düşüb.

Nyu-Yorkun "NYMEX" əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində "WTI” neftinin qiyməti 1 barelə görə 8.52% azalaraq 19,98 ABŞ dollarına qədər ucuzlaşıb.

Londonun "ICE" birjasında "Brent” markalı neftin iyun fyuçerslərinin bir barel üçün qiyməti 4,65% azalaraq 26,6 ABŞ dollarına qədər ucuzlaşıb.

Qeyd edək ki, OPEC + ölkələri martın əvvəlində koronavirus pandemiyası fonunda neft hasilatını azaltmaq və ya müqavilənin parametrlərini dəyişdirmək ya da müddətini uzatmaq barədə razılığa gələ bilməyiblər.

© xezerxeber.az


140 dəfə oxunub

XƏBƏRLƏR

04.06.2020 18:56

Metro bağlanır

ÇOX OXUNANLAR