Bakıda avtobus gözləmə zallarına giriş dayandırıldı

25.03.2020 14:18

"Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindəki gözləmə zallarına giriş müvəqqəti olaraq dayandırılıb.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, məqsəd xüsusi karanti rejimi davam etdiyi müddətdə sərnişinlərin qapalı məkanda toplaşmasının qarşısını almaqdır. Belə ki, qapalı məkanlarda xəstəliyə yoluxma riski daha yüksək olur.

Sərnişinlərdən bunu anlayışla qarşılamaları, avtobusu perronlarda gözləmələri xahiş edilir.

© xezerxeber.az


100 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR