Azərbaycandan Türkiyəyə gedən turistlərin sayı açıqlanıb

24.03.2020 10:59

2020-ci ilin fevral ayında Azərbaycandan Türkiyəyə 52 143 turist səfər edib. Bu,2019-cu ilin fevral ayıilə müqayisədə 3,13 faiz çoxdur.

Bu barədə Trend-ə Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.

Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Azərbaycan vətəndaşlarının payı 3,01 faiz təşkil edib.

2020-ci ilin yanvar-fevral aylarında Azərbaycandan Türkiyəyə 106 931 turist səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,72 faiz çoxdur.

2020-ci ilin yanvar-fevral aylarında Türkiyəyə səfər etmiş əcnəbilər arasında Azərbaycan vətəndaşlarının payı isə 3,04 faiz təşkil edib.

Nazirliyin məlumatında qeyd edilir ki, 2020-ci ilin fevral ayında Türkiyəyə 1,733 milyon turist səfər edib ki, bu da ötən ilin yanvar ayı ilə müqayisədə 3,76 faiz çoxdur.

Qeyd edək ki, 2019-cu ildə Azərbaycandan Türkiyəyə 901 723 turist səfər edib ki, bu da 2018-ci illə müqayisədə 5,03 faiz çox olub. Bu dövr ərzində Türkiyəyə gələn xarici vətəndaşların ümumi sayında Azərbaycan vətəndaşlarının payı 2 faiz təşkil edib.

© xezerxeber.az


164 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR