Neftin qiymətinin düşməsi məşhur şirkətləri “vurdu”

21.03.2020 10:58

Neft şirkətləri "qara qızıl”ın qiymətinin ucuzlaşmasına görə investisiya büdcələrini 31 milyard dollar azaldıb.

"Bloomberg” agentliyinin məlumatına əsasən, xərclərini ən çox "Saudi Arabian Oil Co” və "Total” azaltmalı olub:

"Saudi Aramco” — 5,3 mlrd dollar;

"Total” — 3,3 mlrd dollar;

EOG — 2 mlrd dollar;

"Occidental” — 1,7 mlrd dollar;

"LUKOİL” — 1,5 mlrd dollar;

"Continental Resources” — 1,45 mlrd dollar;

"Pioneer” — 1,4 mlrd dollar;

"Diamond” — 1,2 mlrd dollar.

Qeyd edək ki, neftin qiyməti "OPEK+”un neft hasilatının azaldılması üzrə sazişinin pozulması, koronavirusun yayılması və Səudiyyə Ərəbistanı tərəfindən istehsal həcminin artırılması fonunda düşür. "Brent” markalı neftin qiyməti27 dollar, WTI-ınisə 24 dollar səviyyəsində ticarət edir.

© xezerxeber.az


120 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR