Bakı metrosunun 3 stansiyasının fəaliyyəti bərpa edilib

27.02.2020 17:25

"Elektrik enerjisinin dayanıqlığı təmin olunduğu üçün Metropolitenin 3 stansiyasının ("Həzi Aslanov", "Əhmədli", "Xalqlar Dostluğu") fəaliyyəti bərpa edilib".

Bu barədə Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Qeyd edək ki, bu gün saat 15.48-də Metropolitenə gələn elektrik xətlərində elektrik cərəyanının verilməsində qısamüddətli fasilə yaranmışdı.

© xezerxeber.az


154 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR