"Qızılın bahalaşması "AzerGold”a əlavə - MƏNFƏƏT GƏTİRƏCƏK"

24.02.2020 15:52

Koronavirusun yayılmasının və müxtəlif geosiyasi amillərin mənfi təsiri nəticəsi olaraq dünya bazarlarında qızıla olan qiymətlərin artımı "AzerGold” QSC-yə əlavə mənfəət gətirəcək.

XəzərXəbər xəbər verir ki, bunu QSC-in sədri Zakir İbrahimov 2019-cu ilin yekunları və qarşıda duran vəzifələrə dair mətbuat konfransında çıxış edərkən bildirib.

Onun sözlərinə görə, hazırda dünyada koronavirusun yayılması, müxtəlif geosiyasi proseslər qızıla olan qiymətlərin artımına gətirib çıxarıb. QSC-nin bu il üçün olan büdcənin formalaşdırılması zamanı müxtəlif qiymət ssenarisi nəzərdə tutulub: "Buna baxmayaraq, hazırda dünya bazarlarında qızıla olan qiymətlər QSC tərəfindən nəzərdə tutulan qiymətlərdən artıqdır, bu isə QSC üçün əlavə mənfəət yarada bilər".

Qeyd edək ki,qızılın 1 unsiyasının qiyməti 2,2% artaraq 1 679,7 ABŞ dollarına çatıb. Bu, 2013-cü ilin fevral ayından etibarən ən yüksək qiymətdir.

© xezerxeber.az


172 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR