Küveyt və Səudiyyə Ərəbistanı iki ölkə arasındakı neytral zonada neft hasilatına başlayır

17.02.2020 09:19

Küveyt və Səudiyyə Ərəbistanı iki ölkənin sərhədindəki neytral zonada yerləşən Əl-Vəfra və Əl-Xafci məntəqələrində eksperimental neft hasilatına başlayır.

Xezerxeber.az "TASS” agentliyinə istinadən xəbər verir ki, bunu Küveytin neft, su və energetika naziri Xalid əl-Fadel deyib.

Nazirin sözlərinə görə, bu ilin sonuna qədər neytral zonada neft hasilatının səviyyəsi gündə 550 min barelə çatacaq.

Qeyd edək ki, üç ildən çox davam edən fasilədən sonra 2019-cu ilin dekabrında Səudiyyə Ərəbistanı və Küveyt arasında neytral zonada neft hasilatını bərpa etmək barədə saziş imzalanıb.

Xatırladaq ki, dünyadakı neft ehtiyatlarının təxminən 0,5%-i bölgənin yataqlarında hasil edilib.

© xezerxeber.az


242 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR